Ermənistandakı hakim rejim revanşizm hissləri ilə yaşayır - Xələf Xələfov 

 

İşğal dövründə Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minaların miqdarına görə bu gün Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır.

Demokratikmusavat.com APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Təəssüf ki, Ermənistandakı hakim rejim bu gün də sülh prosesinin mahiyyətini və tarixi əhəmiyyətini dərk etmir, revanşizm hissləri ilə yaşayır, reallıqlardan nəticə çıxara bilmir" - o deyib.

0.12469792366028