Azərbaycanın bir sıra peşə məktəblərində dəyişiklik edilir

 

Azərbaycanda 3 peşə liseyi adını və təşkilati hüquqi formasını dəyişir.

Demokratikmusavat.com ” xəbər verir ki, bunlar 18 nömrəli Bakı Peşə Liseyi, Bakı Kompüter Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzidir.

Belə ki, 18 nömrəli Bakı Peşə Liseyi adını və təşkilati-hüquqi formasını dəyişərək “İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsinə, Bakı Kompüter Peşə Liseyi “Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsinə, İsmayıllı Peşə Tədris Mərkəzi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsinə çevrilir.

 

0.2301869392395