Bakının Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində tikilən piyada keçidi sökülür.
“Demokratikmusavat.com ” xəbər verir ki, sözügedən piyada keçidinin tikintisi uzun müddətdir tənqid olunurdu.
Belə ki, həmin ərazidə eynisəviyyəli nizamlanan keçid olduğu təqdirdə müasir şəhərsalmaya zid olan yerüstü keçidin tikilməsi etirazlara yol açmışdı. Tikilən keçidin piyadaların hərəkəti üçün əlverişli olmadığı deyilirdi.
Həmin Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə rəsmi icazəsinin olmadığı, Bakı Nəqliyyat Agentliyindən razılıq verilmədiyi deyilirdi.
Könül
Demokratikmusavat.com