Paralel.az " xəbər verir ki, onun vəzifəs ..."> Paralel.az " xəbər verir ki, onun vəzifəs ...">

Mehdiyevlərin bankında nə baş verir? - Sədr işdən çıxdı

 

"Bank BTB" ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev işdən çıxıb.

Demokratikmusavat.com xəbər verir ki, onun vəzifəsini müvəqqəti olaraq I müavini Eldəniz Hüseynov icra edir.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

Qeyd edək ki, "Bank BTB" ASC 2022-ci ili 4,975  mln manat zərərlə başa vurub. Bankın ötən ilin iyunun 30-na xalis zərəri 5,274 mln manat, sentyabrın 30-na xalis zərəri 5,714 mln manat təşkil edib.
 
Bununla da bankın bölüşdürülməmiş zərəri 19,402 mln manata çatıb. 

0.21222400665283