Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi artıb.
Demokratikmusavat.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,4 ABŞ dolları, yaxud 0,51 % artaraq 78,76 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.