“Əmimin 6 arvadı vardı, bir də xəbər tutdu ki, biri ərə gedib…” – Hacı Qalib

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadənin altı arvadı olan ərəbə qızıl mədənlərinə sahib olduğunu biləndən sonra “sən hələ az arvad almısan" deməsi müzakirəyə səbəb olub. Qalib Salahzadə çoxarvadlılığın tərəfdarı olmasına görə tənqid edilir.

Demokratikmusavat.com xəbər verir ki, Qalib Salahzadə pravda.az-açıqlamasında məsələyə aydınlıq gətirib.

“Peyğəmbərimiz deməyib ki, dörd arvad al. Deyib ki, dörd arvad ala bilərsən. Bəzi kişilər heç bir arvadı saxlaya bilmir, ona necə deyəsən ki, dörd arvad al, saxla?  Arvadla kişi həmyaşıd olanda kişi çox vaxt arvada nisbətən cavan qalır. Belə olanda arvad kişinin əl-ayağını yuya, ona lazımi dərəcədə diqqət göstərə bilmir. Buna görə də Peyğəmbərimiz məsləhət bilib ki, imkanın varsa, arvadların hamısını eyni gözlə görə bilirsənsə, lap dörd arvad al. Yəni şəriət buna icazə verir. Mən özümdən Amerika kəşf etmirəm axı. Deyə bilmərəm ki, belə şey olar, ya olmaz. Peyğəmbər necə deyibsə, müsəlman özünü o cür idarə etməlidir”.

O, daha sonra əmisinin timsalında bir nümunə göstərib: 

“Rəhmətə gedən əmim var, mənimlə həmyaşıd idi. Altı arvadı var idi. Arvadın birinin rəsmi nikahı yox idi, amma molladan kəbini var idi. Əmim altı ay sonra xəbər tutdu ki, arvadın biri ərə gedib. Belə arvad saxlamağa nə var ki? Axı şəriət bu cür buyurmayıb…”,

0.16398000717163