Manatın talehi necə olacaq?

 

“ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4.75 faizdən 5.0 faizədək artırılması ilə bağlı qərar qəbul etdi. Birləşmiş Ştatlarda uçot stavkası 2007-ci ildən bəri ən yüksək həddədir”.

“Demokratikmusavat.com ” xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov öz feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, FED artım qərarını ABŞ-də inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib:

“Belə ki, ABŞ-də illik 6.0 faiz inflyasiya dərəcəsi qeydə alınıb. İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olunsa da, bu, FED-in hədəflədiyi 2.0 faizlik intervaldan hələ də xeyli uzaqdır.

0.18152403831482