Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub

 

Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss olunub.

Bir sıra binalarda çatlar əmələ gəlib, yaşayış binaları dağılaraq yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd edək ki, bu gün Əfqanıstanda 7,8 ​​maqnitudada zəlzələ baş verib. Zəlzələnin episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 195 km şərqdə yerləşib.

22:06

Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub.

Demokratikmusavat.com   xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

0.15859198570251