Ötən gün səhər saatlarından Bakı Dəmiryol Vağzalından Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb.
"Demokratikmusavat.com" "xezerxeber.az"-a istinadla xəbər verir ki, bilet qiymətləri 14 manatdan başlayır. Amma eyni qatarda bəzi yerlər adi biletdən təxminən 6-7 dəfə baha qiymətə təklif edilir.
Qatar həftə sonları olmaqla hər şənbə günü Bakıdan Qəbələyə yola düşərək. Bazar günü isə geri qayıdacaq.
İkimərtəbəli sürətli qatar sərnişinlərin ürəyincə olsa da, onları narahat edən başqa bir məqam odur ki, Bakıdan gələn qatar rayon mərkəzindən təxminən 26 km uzaqlıqdakı Hacallı kəndində dayanır.
Gələcəkdə qatarın hərəkət qrafikinin həftədə bir neçə gün olması planlaşdırlır.
Xezerxeber.az mövzu ilə daha ətraflı videomaterialı təqdim edir: