“Məsələ ondadır ki, bizı qarşı səslənən fikirlər çox zaman ziddiyyətli olur”.
"Demokratikmusavat.com" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib. O, yeniliklərin tətbiqi ilə bağlı münasibətlərdən söz açıb:
“Yəqin siz tez-tez eşidirsiniz ki, test bizim gəncləri əzbərçiliyiə məcbur edir, onlar inkişaf etmirlər. Onlarda tənqidi təfəkkür formalaşdırmaq üçün test maneçilik edir. Eyni zamanda da biz hansısa yenilikləri tətbiq edəndə, bu yenilikləri həm proqramda, həm əvvəlcədən verdiyimiz toplularda tətbiq edəndə biz bir fikir eşitmirik ki, bu lazımdır yoxsa yox. Təhsil ekspertləri yalnız imtahan materialları ilə tanış olandan sonra müəyyən fikirlər söyləməyə başlayırlar”.