“İqtisadiyyatımızdakı artım qeyri-neft sektoru hesabına baş verib” – Sahibə Qafarova

 

2022-ci ildə Azərbaycanda ÜDM 4,6 faiz artıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Milli Məclisdə hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.

Spiker Sahibə Qafarova bildirib ki, ötən il ölkə iqtisadiyyatındakı artım əsasən qeyri-neft sektoru hesabına baş verib. 

“İxrac iki dəfə artıb, ölkənin valyuta ehtiyatı 5,3 mlrd dollar artaraq 58,5 mlrd dollara çatıb”, - spiker qeyd edib.

O əlavə edib ki, Azərbaycanın malik olduğu resurslar makroiqtisadiyyatda qarşıda duran vəzifələri həyata keçirməyə imkan verir: “Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, iqtisadi cəhətdən müstəqil və heç kimdən asılı olmayan ölkədir”.

Mürtəza
Demokratikmusavat.com

0.16497993469238