“AtaSığorta” zərərdən yaxa qurtara bilmir

 

“AtaSığorta” ASC 2022-ci ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

Demokratikmusavat.com ”ın məlumatına görə, sözügedən dövrə sığorta şirkətinin cəmi aktivləri 14,127 mln manat olub ki, bu da hesabat ilinin əvvəli ilə müqayisədə 19% azdır. “AtaSığorta”nın cəmi öhdəlikləri 4,096 mln manat və ya 44,5% azalaraq ötən ilin sonunda 5,106 mln. manat olub. 

Nizamnamə kapitalı 14,6 mln manat, kapital ehtiyatları 1,351 mln manat olan sığorta şirkətinin bölüşdürülməmiş zərəri 6,930 mln manata çatıb. Nəticədə, şirkətin cəmi kapitalı 9,021 mln manat olub ki, bu da illik müqayisədə 9,4% çoxdur.

Ötən ilin yekununda “AtaSığorta” ASC-nin cəmi gəlirləri 11,076 mln manat, cəmi xərcləri 11,651 mln manat təşkil edib. Nəticədə şirkət ötən ili 575,355 min manat xalis zərərlə başa vurub.

Şirkət 2021-ci ilin yekununda isə 2,265 mln manat xalis zərər açıqlamışdı. 

Könül
Demokratikmusavat.com

0.34690189361572