"Hanı 90 min manat?" deyib yaşlı arvadını öldürdü - Bakıdakı qətlin təfərrüatı (FOTO)

 

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Zamin Rəsulovun cinayət işi üzrə təfərratlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, Sabunçu rayonunda baş verib. Rayonun Maştağa qəsəbəsində 62 yaşlı Zamin Rəsulov həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovaya iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerindəcə keçinib. Hadisə onların 41 yaşlı qızlarının gözü qarşısında baş verib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Zamin Rəsulov tutulub.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Zamin Rəsulov bildirib ki, 2004-cü ilin əvvəllərində Maştağa qəsəbəsidə ev alıb və orada həyat yoldaşı Natəvanla yaşayıb. 
2008-ci ildə ebdə onun təxminən 130 min manat pulu olub. Həmin məbləgdən 40 min manat pulu şəxsi işlərinə xərcləyib. 

2011-ci ildə insult keçirib. Səhhəti ilə əlaqədar 2014-cü ilə kimi müəyyən fasilələrlə işləyib. 
2015-ci ildən sonra yoldaşı natəvanla münasibətləri pisləşib. Çünki sonuncu onun evdə olan 90 min manat pulunu xərcləyib. 

Zamin Rəsulovun sözlərinə görə 2017-ci ildə arvadını evdən qovub. Axırıncı dəfə 2018-ci ilin martın 10-da yenidən insult keçirib və qızı Nüşabə onu 3 saylı xəstəxanay yerləşdirib. On doqqu gün orada müalicədə olub və hadisə baş verən gün yəni ayın 29-u saat  15:00 radələrində qızı ilə evinə gəlib. 

Evdə Natəvanı görüb qızına deyib ki, onu qovsun lakin arvadı heç yerə getməyib. Qonaq otağında çay içərkən qadından əsəbləşdiyindən əllərini başına çırpıb. Saat 18:00 radələində görüb ki, evin dəhlizindədi və əllərindən qan axır. Sonra baş verənlər yadında qalmayıb. Nir neçə dəfə insult keçirdiyi üçün yaddaşı ilə bağlı problem yaranıb. 
Zamin Rəsulov bildirib ki, deyilənlərə görə arvadını qətlə yetirib. Lakin Natəvanı necə öldürdüyünü xatırlamır. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Nüşabə Rəsulova ifadəsində göstərib ki, atası Zamin Rəsulov 1976-cı ildə anası Natəvanla ailə həyatı qurub. 1979-cu ildə ayrıldıqdan sonra anası öz atası evinə qayıdıb və Zamin Rəsulovla barışana kimi həmin evdə yaşayıb. 

Anası Maştağa qəsəbəsində dərzi işləyib. Həmçinin qızıl və müxtəlif məişət əşyaları satmaqla pul qazanıb. Atası anasından ayrılqıdan sonra ikinci dəfə ailə qurub. 2004-cü ildə ikinci ailəsindən ayrıldıqdan sonra yenidən anası Natəvanla barışıb. Anası ilə barışdığı ilk illərdə imkanları o qədərdə yüksək olmayıb. Amma 2007-ci ildən atası yaxşı pul qazanıb. 

2018-ci ildə atası növbəti dəfə unsult keçirdiyinə görə martın 10-dan 29-na qədər xəstəxanada müalicə alıb. Zamin Rəsulov xəstəxanadan qayıdıb anasını evdə görən kimi deyinməyə başlayıb. Nüşabədən evin açarlarını ona nə üçün verdiyini soruşub.

"Atam xəstələnəndə onu xəstəxanaya apardıq. Atam xəstəxanada olanda anam məndən evin açarını istədi. Mən də hər gün xəstəxanaya atamın yanına gedirdim. Bir neçə gün sonra atamı xəstəxanadan çıxarıb evə apardım. Atam anamı evdə görəndə mənə dedi ki, evin açarını niyə vermisən? Mən də dedim ki, öz evinin açarıdır. Bir neçə saat mübahisə elədilər. Anamla mən divanda oturmuşduq. Atam birdən otağa girdi, mənə dedi ki, çölə çıx. Atam anama dedi ki, pulları nə eləmisən? Elə belindən bıçağı çıxarıb başladı vurmağa. Birinci bıçaq əlimə batdı. Sonra dəfələrlə vurdu. Sonuncu zərbədə bıçaq anamın ürəyində qırılıb qaldı".

Məhkəmə prosesində Zamin Rəsulov ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə raşdırma apararaq nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətməsi işin faktiki halları ilə tam sübuta yetirilib. 

Ona görədə Rəsulov CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdı. 

Sonda Məhkəmənin hökmü ilə Zamin Rəsulov 17 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq

 

0.1316659450531