Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 mart tarixində sayca 3-cü reys təyin edir.
Demokratikmusavat.com bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər verir.
"Belə ki, müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 17.00-da yola düşən qatar mənzilbaşına saat 21.55-də çatacaq", - məlumatda deyilir.
Xatırladaq ki, martın 18-də səhər saat 08.25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13.20-də, 08.45-də yola düşən ikinci qatar isə saat 13.40-da Ağstafaya çatacaq.
ADY bildirir ki, Bakı-Ağstafa marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətilinin sonunda paytaxta rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa müvafiq qaydada təmin ediləcək.
Qeyd edək ki, Bakıdan Ağstafaya hərəkət edən sürətli sərnişin qatarının yolda olma müddəti 4 saat 55 dəqiqədir. Qatarın orta sürət göstəricisi isə 100 km/saat təşkil edir.