Laçın Beynəlxalq Hava Limanının tikintisi prosesində dağlıq ərazilərin partlayışlar vasitəsi ilə hamarlaşdırılmasının görüntüləri yayılıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, kadrları aeroportun uçuş-enmə zolağının inşasını həyata keçirən "AzVirt" MMC yayıb.
Qeyd edək ki, təməli 2021-ci ildə qoyulmuş Laçın aeroportunun 2024-cü ildə istifadəyə verilməsi gözlənilir.