Nikol Paşinyan: "KTMT Ermənistandan çıxır"

 

“Fikrimcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istəsə də, istəməsə də Ermənistandan çıxır”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

O, bunun rəsmi İrəvan üçün narahatverici olduğunu bildirib.

N.Paşinyan söyləyib ki, 2022-ci ildə KTMT-nin baş katibi Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı ifadə səsləndirmişdi: “Mən isə bildirmişdim ki, bizim qorxumuz KTMT-nin Ermənistandan çıxmasıdır”.

0.13869786262512