Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya fondunun idarəçisi fəaliyyəti üzrə lisenziyalardan birini ləğv edib.
“Demokratikmusavat.com ” xəbər verir ki, “İnvest Az Asset Management” MMC-yə verilmiş 27.08.2013 tarixli 138 nömrəli lisenziya ləğv edilib.
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin təsisçisi olduğu “İnvest Az Asset Management” MMC 10.07.2013 tarixində dövlət qeydiyyatina alınıb. Şirkətin qanuni təmsilçisi Qurbanzadə Şəhriyar Ağazeynal oğlu, nizamnamə kapitalı 300 min manatdır.
Könül
Demokratikmusavat.com