Bakıda arvadını öldürməyə vəhddə təqsirli bilinən Sərdar Namazovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 1969-cu il təvəllüdlü Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri 1957-ci il təvəllüdlü Sərdar Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurvaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə dindirimiş Sərdar Manazov ifadəsində göstərib ki, 2009-cu ildə birinci arvadı Hökümə Kərimovadan boşanıb. Təxminən 1 ildən sonra Gülnarə adlı həmyerlisi ilə ailə həyatı qurub. Nigahdan 2011-ci ildə qızları dünyaya gəlib. Arvadı özəl şirkətdə xadimə işləyib.
2017-ci ildən aralarında narazılıq yaranıb. Onun sözlərinə görə qadın ona diqqət yetirməyib. Onunla həyat yoldaşı kimi davranmayıb. Hadisə gününədək evdə vəziyyət bir qədərdə kəskinləşib.
2021-ci il oktyabrın 25-də pandemiya ilə əlaqədar Gülnarə uşağı onlayn dərs keçməsindən ötrü bacısının evinə aparıb. Arvadı günortadan sonra evə gələndə ona iradını bildirib. Gülnarə onun sözlərinə əhəmiyyət verməyib yataq otağına keçdikdə o, əsəblərini cilovlaya bilməyib.
Sərdan Namazov bildirib ki, əsəbindən eynava çıxaraq orada olan çəkici götürüb. Sağ əlində saxladığı küt alətlə arvadına yaxınlaşıb ondan hərəkətlərinə son qoyub qoymayacağını souşub.
Yoldaşı əsəbi halda cavab qaytaranda çəkiclə başına ilk zərbəni endirib. Gülnarə onu itələyib özünü qorumağa çalışsa da ardıcıl zərbələr vurmaqda davam edib.
Qadın əlindən çıxaraq mənzilin giriş qapısından dəhlizə qaçıb. Sərdar onun arxasınca qaçıb çataraq pilləkəndə onun başına daha iki zərbə vurub.
Sərdar Namazov ifadəsinin davamında bildirib ki, qışqırıq səsinə çıxan qonşuların Gülnarəyə köməklik etmələrini görüb dayanıb və mənzilə qayıdaraq çəkici pəncərənin qarşısına qoyub.
Qonşular tərəfindən vaxtında xəstəxanaya çatdırılan qadını həyatını xilas etmək mümkün oub.
Sərdar Namazov daha sonra əl-üzünə su vuraraq bir az sakitləşib evdən çıxaraq axşam saatlarına qədər parkda gəzib. Sonra isə könüllü polis bölməsinə gedərək təslim olub.
Zərərçəkmiş Gülnarə Namazova ifadəsində bildirib ki, əri ilə münasibətlərinin pozulmasının əsas səbəbi 2015-ci ildə onda nakoloji xəstəliyin aşkar olunması və keçirdiyi əməliyyatlar olub.
Bundan sonra yoldaşı demək olarki ailəyə baxmayıb. Onunla və qızı ilə ümumiyyətlə maraqlanmayıb. İşi ancaq səhər parka gedib gecəyə qədər gəzmək olub.
Hadisə baş verən günü yataq otağında olanda Sərdar heçnə demədən qəflətən yaxınlaşıb çəkiclə başına zərbələr endirməyə başlayıb. Özünü toparlıyaraq ayağa qalxıb və çölə qaçıb. Onu təqib edən əri küt alətlə zərbələr vurmaqda davam edib. Qonşular yaxınaşıb müdaxilə etdikdən sonra Sərdar ondan əl çəkib. Sonra onu xəstəxanaya çatdırıblar.
Məhkəmə prosesində Sərdar Namazov ittiham üzrə qismən təqsirli bilib.
Zərərçəkmiş Gülnarə Namazova ərini bağışlamadığını qeyd edərək ona ağır cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Sərdar Namazov 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.
Natiq