Erməni deputat: Paşinyan Ermənistanı yeni müharibəyə sürükləyir

 

“Nikol Paşinyan anti-Rusiya siyasətini davam etdirir. Ermənistan KTMT baş katibinin müavini vəzifəsinə kvotadan imtina etmək təklifi göndərib.

Həm Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması, həm də Paşinyanın bu anti-Rusiya addımı Praqada qəbul edilən və Münhendə təsdiqlənən qərara uyğun gəlir.

Bu o deməkdir ki, Azərbaycan Ermənistan-Rusiya münasibətlərinin pisləşməsindən istifadə edərək hücuma keçmək üçün daha bir fürsət əldə edir”. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu erməni deputat Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

O əlavə edib ki, bu, 2020-ci ilin 44 günlük müharibəsindən əvvəl baş verdi.  

“Paşinyan Ermənistanı alternativ təhlükəsizlik sistemi ilə təmin etmədən KTMT-dən çıxmaq siyasəti aparır ki, bu da Qarabağ və Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxaracaq. Ancaq Nikol bunda maraqlı deyil.  O, yalnız şəxsi təhlükəsizliyinin təminat ilə məşğuldur”.

Mürtəza
Demokratikmusavat.com

0.18153810501099