Qərb üçün “qırmızı xətt” ... - almaniyalı politoloq

 

Qərb üçün “qırmızı xətt” Cənubi Qafqazda hərbi əməliyyatların bərpasıdır. 

“Demokratikmusavat.com” xəbər verir ki, bunu almaniyalı politoloq Aleksandr Rar erməni mediasına müsahibəsində deyib.

“Belə olan halda Qərb başqa üsullarla vəziyyətə təsir göstərməyə çalışacaq”, - o bildirib.
Ekspert hesab edir ki, üç il əvvəl Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda  gedən müharibənin dayandırılmasında dominant qüvvə Rusiya olub. “Bütün dünya  bu regionda əsas stablizator rolu oynayan  ölkə  kimi tanıyıb, lakin bu gün bu roldan heç nə qalmayıb. Üstəlik, Rusiya yaxın xaricdə öz təsirini itirir ki, bu da Ukraynadakı hərbi əməliyyatlar və Qərbdən təcrid olunması ilə bağlıdır”- o qeyd edib.
O əlavə edib ki,  bu gün Azərbaycan Avropa İttifaqı üçün  enerji tədarükünə alternativ mənbə kimi çox vacibdir: “Buna görə də bu gün Aİ əvvəllər etmədiyi bir çox şeylərə göz yummağa hazırdır”.

Almaniyalı politoloq onu da bildirib ki, Avropa ABŞ-ın dəstəyi ilə Rusiyanın təsirini azaltmaq üçün regionda fəallaşır, Rusiyaya və Çinə qarşı mövqelərinin  güclənməyə çalışır.
“Ancaq eyni zamanda, Avropa Türkiyə ilə Ermənistan arasında sərhədin açılmağa başlamasına təsir edir ki, Ermənistan təcrid vəziyyətindən çıxsın. Amma əslində məqsəd Ermənistanın Rusiyanın orbitindən çıxıb Qərbə yaxınlaşmağa başlamasıdır”, - deyə politoloq vurğulayıb.

0.11943793296814