Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 gün iş olmayacaq. Belə ki, martın 20-24-ü bayramla əlaqədar qeyri-iş günləridir, 18, 19, 25, 26-sı isə şənbə günlərinə təsadüf edir.
Elə bu səbəbdən də vətəndaşlar bayramı və istirahət günlərini müxtəlif bölgələrimizdə, xüsusən də hotellərdə keçirməyə can atır.
“Demokratikmusavat.com ” bayram ərəfəsində Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən bir sıra hotellərin qiymətlərini araşdırıb. Həmin qiymətləri təqdim edirik:
Quba Palace Hotel
Hotelin bayram günlərini əhatə edən xüsusi proqramı mövcuddur. Belə ki, 2 nəfərlik dağ mənzərəli delüks nömrələrdə gecələmə 190 AZN-dən başlayır.
Qiymətlərə səhər yeməyi, SPA xidmətləri, Novruz bayramına özəl konsert və xüsusi proqram daxildir.
Qalaaltı Hotel&Spa
Bayram günlərində 2 gecəlik qiymət 2 nəfərlik superior nömrələrdə 720-770 AZN nəzərdə tutulub. Qiymət otaqların mənzərə seçiminə görə fərqlənir.
Qiymətlərə gün ərzində 3 dəfə qidalanma, SPA xidmətləri, bayram günləri üçün əyləncə proqramı daxildir.
Marxal Resort&Spa
Hotel bayram tətili ərəfəsi üçün 2 gecəlik qiymətlər müəyyən edib. Belə ki, 2 nəfərlik standart eyvansız nömrələr 520 AZN, delüks suit nömrələr 660 AZN-ə təşkil olunur.
Xidmətə səhər yeməyi, gündəlik əyləncə proqramları, SPA xidmətləri daxildir.
Şamaxı Palace Şaradil Hotel
Şamaxı Palace hotelində 20-25 mart tarixlərində delüks (standart) otağın 1 gecəlik qiyməti 415 AZN təşkil edir və minimum 2 gecəlik rezervasiya nəzərdə tutulub.
Qiymətə 3 dəfə qidalanma, Novruz şənliyi, türk hamamı və SPA xidmətləri daxildir.
Qafqaz Riverside Hotel
Martın 18-27-i üçün 2 nəfərlik standard otağın qiyməti 258 AZN-dən, junior suit nömrələrin qiyməti 318-dən başlayır.
Qiymətlərə səhər yeməyi və SPA xidmətləri daxildir.
Sakit Göl Hotel
Hotel martın 20-25 mart tarixlərində 2 nəfərlik standart otağın (hotel bina otağı-dağ mənzərə) qiyməti 190 AZN, delüks otaq (hotel bina otağı-göl mənzərə) 220 AZN, 2 nəfərlik kotec 220 AZN təşkil edir.
Qiymətə səhər yeməyi, balıq-ovu, SPA xidmətləri və bayram proqramı daxildir.
Şahdağ Hotel&Spa
Bayram ərəfəsində 2 nəfərlik hotel mənzərəli nömrələrin qiyməti 190-220 AZN arasında dəyişir. Junior suit nömrələr isə 240-270 AZN-ə təklif edilir.
Xidmətlərə səhər yeməyi və SPA xidmətləri daxildir.
Şəki Palace Hotel
Hoteldən bayram ərəfəsində 2 nəfərlik standart otaqların qiymətinin 160 AZN, delüks otaqların qiymətinin isə 180 AZN olduğu deyildi.
Xidmətə səhər yeməyi, SPA xidmətləri və bayram proqramı daxildir.
Xəzər Palace Hotel
Bayram günləri üçün hoteldə 2 nəfərlik standart nömrələr 170 AZN, delüks nömrələrlər 200 AZN-ə təklif olunur.
Qiymətlərə səhər yeməyi, SPA xidmətləri və bayram proqramı daxildir.
Lankaran Springs Wellness Resort
Martın 20-25-i tarixlərində 2 nəfərlik standart nömrə 375 AZN qiymətlə təklif olunur və minimal gecələmə sayı isə 2-dir.
Qiymətlərə 3 dəfə qidalanma, türk hamamı, SPA xidmətləri və bayram üçün nəzərdə tutulmuş əyləncə proqramı daxildir.