“A-Qroup Sığorta Şirkəti” ASC 2022-ci ilin yekunları üzrə maliyyə hesabatını açıqlayıb.
“Demokratikmusavat.com ”ın məlumatına görə, sözügedən dövrə sığorta şirkətinin cəmi aktivləri 29,202 mln. manat olub ki, bu da hesabat ilinin əvvəli ilə müqayisədə 15% çoxdur. “A-Qroup Sığorta Şirkəti”nin cəmi öhdəlikləri 4,681 mln manat və ya 35,9% artaraq ötən ilin sonunda 17,738 mln. manat olub.
Nizamnamə kapitalı 10,005 mln manat, emissiy gəliri 1,401 mln manat olan sığorta şirkətinin bölüşdürülməmiş mənfəəti 57,190 min manat təşkil edib. Nəticədə, şirkətin cəmi kapitalı 11,464 min manat olub ki, bu da illik müqayisədə 7,1% azdır.
Ötən ilin yekununda şirkətin cəmi gəlirləri 22,048 mln manat, cəmi xərcləri 21,977 mln manat təşkil edib. Mənfəətindən 14,298 min manat vergi ödəyən “A-Qroup Sığorta Şirkəti” ASC 2022-ci ili 57,190 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin xalis mənfəətində 2021-ci ilin yekunu ilə müqayisədə 17 dəfə azalma müşahidə olunub. Qeyd edək ki, ASC-nin xalis mənfəəti 2021-ci ilin yekununda 1 013,075 mln manat təşkil edib.
Könül
Demokratikmusavat.com