ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 1,7 milyon barel azalaraq martın 3-nə 478,5 milyon barel təşkil edib
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 7% çoxdur.
Bakı vaxtı ilə saat 19:35-ə olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin may fyuçersləri 0,35 % ucuzlaşaraq 1 barel üçün 83 dollar təşkil edib. Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin aprel fyuçersləri 0,64% ucuzlaşaraq 1 bareli 77,08 dollar olub.