Son zamanlar sosial şəbəkələrdə ən çox müzakirə edilən, xüsusən də ana olmağa hazırlaşan qadınları və övladının yolunu gözləyən ailələri maraqlandıran mövzulardan biri də klinikalardakı doğum qiymətləridir. İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olan doğum xidməti dövlət xəstəxanalarında pulsuz olsa da, vətəndaşların çox hissəsi özəl klinikalara müraciət edirlər.
Sağlamolun.az saytı paytaxtda yerləşən özəl xəstəxanaların bəzilərində doğum qiymətlərini araşdırıb.
Qiymətləri təqdim edirik:
Özəl klinikalarda doğum xidməti üçün alınan bu məbləğə doğumdan sonra körpənin peyvənd olunması, vaxtından əvvəl doğulan və ya problemli doğulan körpələr üçün nəzərdə tutulan küvəz xidməti daxil deyil. Bəzi klinikalarda isə yalnız 1 ay müddətinə bu xidmətlərdən yararlanmaq mümkündür.
Vətəndaşlar arasında apardığımız sorğuya əsasən isə, bəzi dövlət xəstəxanalarında da doğum xidməti üçün həkim tərəfindən 300-600 AZN məbləğində ödəniş tələb edilir.
Qeyd edək ki, İcbari Tibbi Sığorta agentliyindən verilən məlumata görə, Azərbaycanda doğuş və keysəriyyə pulsuzdur. Xidmətlərə təbii doğuş, keysəriyyə əməliyyatından öncə müayinə, həkim konsultasiyası, reanimasiya və xəstəxanada yatış, əməliyyat zamanı istifadə olunan dərmanlar, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, həkim təqibi, yemək və digər xərclər daxildir.