Təxminən 66 milyon il əvvəl Yer atmosferindən keçən asteroid dənizə düşüb və ABŞ-ın Xirosimaya atdığı nüvə bombasından 6500 dəfə güclü partlayışa səbəb olub. Toqquşmanın təsiri ilə Yer atmosferinə sovrulan toz və kükürd buludları iki ilə yaxın Günəşin işıq və istiliyinin qarşısını alıb. Fotosintez dayanıb ki, bu da bir bitkinin böyüməsinin mümkün olmadığı anlamına gəlii. Dinozavrlar isə aclıqdan məhv olublar.
"Demokratikmusavat.com" xəbər verir ki, "Insider"də maraqlı məqalə dərc edilib.
Məqalədə qeyd olunub ki, yuxarıda yazılanlara baxmayaraq, qalıq qeydləri göbələklərin bu hadisədən sonra da böyüməyə davam etdiyini göstərir.
Araşdırmaçı jurnalist Bryan Uolşa görə, bu onu göstərir ki, gələcəkdə belə bir fəlakət baş verərsə, göbələklər insanların sağ qalması üçün vacib qida mənbəyi olacaq.
Uolş “End Times” kitabında həm təbii, həm də insan tərəfindən törədilən fəlakətli hadisələrin bizim varlığımızı necə təhdid etdiyini araşdırıb. Kitabda o, üç növ potensial fəlakətin - asteroidin təsiri, supervulkan püskürməsi və nüvə müharibəsinin ortaq bir cəhətini göstərib: bunların hamısı bitkilərin böyüməsi üçün lazım olan Günəş işığına maneə törədə bilər.
Uolş kitabda yazır: "Günəş sönsə, vəhşi təbiətdə yaşamağı bacaran biri də hamı ilə birlikdə aclıqdan öləcək". O deyir ki, sağ qalmaq üçün insanlar göbələk yetişdirməklə Günəş işığına ehtiyacı olmayan kənd təsərrüfatını mənimsəməli olacaqlar.
Nüvə müharibəsi, asteroidlər və ya super vulkanlar...
1 mart 1954-cü ildə "Castle Bravo" nüvə sınağı nəticəsində yaranan göbələk buludu. Şəkil: NOAA
Tədqiqatlar göstərir ki, supervulkanik püskürmələrin və nüvə bombalarının nəticələri dinozavrları məhv edən asteroidin təsiri ilə oxşardır.
Məsələn, təxminən 74.000 il əvvəl Toba supervulkan püskürməsi atmosferə kükürd dioksid buludları göndərərək Günəş işığını 90 faizə qədər azaldıb. Bir araşdırmaya görə, bu “vulkanik qış” qlobal insan əhalisini cəmi 3000 nəfərə qədər azalda bilər.
Karl Saqanın 1983-cü ildə yazdığı məqaləyə görə, kifayət qədər nüvə bombası (minlərlə) partlayarsa, bu, Günəş işığının səviyyəsini 90 faizdən çox azaldacaq nüvə qışına səbəb ola bilər. Bu ssenaridə qlobal temperatur 7 °C-ə qədər aşağı düşə bilər. Uolş yazır: “Belə sürətli soyutma, hətta ağır silahlarla qorunan ərazilərdə belə kənd təsərrüfatını qeyri-mümkün edə bilər”.
Başqa sözlə, Günəş işığı olmasa, qida sistemimiz çökəcək.
Göbələklər Günəş olmasa belə ağaclarda böyüyə bilər...
Fransanın Strasburq şəhərindəki Bunker Comestible bunkerində yetişdirilən göbələklər. Foto: Getty Images
Əgər toz və ya kül buludları Günəşin qarşısını kəsərsə və iqlimin sürətlə soyumasına səbəb olarsa, trilyonlarla ağacın ölməsi qaçılmazdır.
Uolşun hesablamalarına görə, uzunluğu 90 sm, eni 10 sm olan bir kötük dörd ildə 2,2 kilo göbələk verə bilər. O, göbələk yetişdirmək üçün ağacdan əlavə, qurumuş ağac yarpaqlarından da istifadə edə biləcəyimizi deyir: “Yarpaqlardan C vitamini kimi çatışmayan qidaları təmin etmək üçün çay hazırlana və ya heyvanlara verilə bilər”.
Sağ qalanlar bir yerə toplanacaq
Uolşun kitabı "qiyamət" zamanı necə qidalanacağına dair başqa bir məşhur fikri - hannibalizmi (adamyeyənlik) təkzib edir.
O, insanları yox olmaq təhlükəsi ilə üz-üzə qoyan bir fəlakətdən sonra adamların digərləri üçün "davamlı" qida mənbəyi olmadığını söyləyir.
Uolş yeni bir kənd təsərrüfatı sisteminin qurulmasının vacibliyini vurğulayır və qeyd edir ki, bir fəlakət ssenarisində əməkdaşlıq güclənəcək, hər kəs bir yerə toplanmağa can atacaq:
"Bütün qorxularımıza baxmayaraq, gələcək, çöküş və qarşıdurma bir fəlakətdən sonra qaçılmaz deyil. İnsanlar bir-birinə kömək edəcək. Hətta öz maraqlarına uyğun olmasa belə. Homo Sapiens (ağıllı insan) nəsli kəsilməyə ən yaxın olan Toba fəlakətindən belə xilas oldu və biz növbəti fəlakətdən birlikdə qaça bilərik".