"Kəskin miokard infarktı, səyrici aritmiyası olan xəstədən iltizamnamə almaq nə deməkdir?! Belə xəstəni necə evə buraxmaq olar?"
"Demokratikmusavat.com" xəbər verir ki, bunu həkim-infeksionist Mərdan Əliyev ilahiyyaçı Hacı Şahinin vəfatı ilə bağlı öz sosial media hesabında bildirib.
Onun sözlərinə görə, xəstə təkid edibsə, demək ki, həkim xəstəyə xəstəliyini düzgün izah edə bilməyib: "Nəticədə xalq bir rasional düşüncəli alimi, dəyərli ziyalını itirdi".