Bakıda supermarketdə silahlı insident - Ölən və yaralanan var (VİDEO)

 

Bu gün Bak şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən supermarketlərin birində silahlı insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.

0.14206218719482