Mövlan Şıxəliyevin biznes ortağı yeni şadlıq sarayı açır

 

Sabiq MTN generalı, MTN-in İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin biznes ortağı yeni şirkət yaradıb.

Demokratikmusavat.com ”ın məlumatına görə, “Bayramoğlu Palace” MMC 2023-cü il yanvarın 31-də dövlət qeydiyyatına alınıb.

Hüquqi ünvanı İmişli rayonu, İmişli şəhəri, M.Əsədov ev.3 m.dalan 2 olan şirkətin nizamnaə kapitalı 10 manatdır.

“Bayramoğlu Palace” MMC-nin qanuni təmsilçisi isə Şükürov Əvəz Bayram oğludur. 

Qeyd edək ki, mətbuatda Ə. Şükürovun MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevlə biznes ortağı olması, bina tikintisi, yol çəkilişi, restoran, ferma, karyer və digər sahələr üzrə birgə fəaliyyət göstərdikləri qeyd olunur.

Könül
Demokratikmusavat.com

0.17544603347778