General Qasımov yeni şirkət yaratdı

 

Azərbaycanda tanınmış mühafizə şirkətinin rəisi yeni şirkət yaradıb.

Demokratikmusavat.com ”ın məlumatına görə, “Riyad Production” MMC 2023-cü il yanvarın 31-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xəzər rayonu, Gülçülülük Sovxozu (Şüvəlan qəs.) ev.921K, nizamnamə kapitalı 10 manatdır. 

“Riyad Production” MMC-nin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğludur. 

E. Qasımov həmçinin “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisi və Baş idarə rəisidir. 

Qeyd edək ki, “Alov-Mühafizə” MMC də “Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında yaradıldığı yazılır. “Riyad Mühafizə Xidməti” MMC-nin rəsmi sosial şəbəkə hesabında isə E. Qasımovun general rütbəsi daşıdığı bildirilir.

 

0.18691301345825