Azərbaycanda kişinin balta ilə xəsarət yetirdiyi gəlininin və nəvəsinin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

 

Sumqayıtda 70 yaşlı kişi tərəfindən balta ilə xəsarət alan qadın və övladının vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-a bildirilib ki, xəstəxananın Təcili Tibbi Yardım şöbəsinə daxil olan 1983-cü və 2014-cü il təvəllüdlü hər iki xəstəyə təpə nahiyəsinin açıq yarası diaqnozu qoyulub:

“Neyrocərrahiyyə şöbəsində müalicələri davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

***

Sumqayıtda 70 yaşlı kişi gəlininə və nəvəsinə balta ilə xəsarət yetirib. 

Oxu.Az-ın məlumatına görə, 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov gəlini - 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə balta ilə xəsarətlər yetirib. 

Onlar xəstəxanaya yerləşdiriliblər. 

Qeyd edək ki, xəsarət yetirən şəxsin oğlu Ruslan Mirzəməmmədov Rusiyada işləyir. Kişi ifadəsində gəlininin oğluna xəyanət etdiyini bildirərək, bu addımı atdığını bildirib. 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, hadisə şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb:

“Hadisə zamanı 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ-nin  əməkdaşlarının keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır”.

0.19073891639709