Abşeron rayonunda dəfələrlə şiddətə məruz qalan azyaşlıdan xəbər var.
"Demokratikmusavat.com" xəbər verir ki , bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Həmçinin oxu:Yeddi yaşlı qız dəfələrlə şiddətə məruz qalıb - YENİLƏNİB - AÇIQLAMA (FOTO)
“Dünən uşağın atası və analığı polisdə dindirilib, izahatı alınıb, uşaq ekspertiza olunub (ekspertizanın cavabı hələ yoxdur). Bir az əvvəl mənə bildirdilər ki, ata işdə, uşaq isə analığının yanındadır.
Kim qarantiya verir ki, analıq uşağa izləri görünməyəcək psixoloji şiddət göstərməyəcək? Niyə uşaq təhqiqat dövrü üçün ailədən uzaqlaşdırılmayıb? Sabah o uşaq desə ki, "məni döyən olmayıb yıxılmışam və ya yoldan keçən vurdu qaçdı, kim olduğunu bilmirəm" kimi fikirlərindən təəccüblənməyin”,-deyə o qeyd edib.
K.Ağazadə azyaşlının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Kimitəsinı, Daxili İşlər Nazirliyinə və Sosial Xidmətlər Agentliyinə də çağırış edib.