2022-ci il ərzində yollara 700 min manatlıq ziyan dəyib

 

2022-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 626 yol-nəqliyyat hadisəsi (Bakı şəhərində 107) baş verib.

Avtomobil Yolları Dövlət Agentliyindən "Demokratikmusavat.com" a verilən məlumata görə, bunun nəticəsində 8 148 pm əyrixətli tirlər, 110 ədəd beton bordür, 161 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 34 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə və 38 m körpü məhəccəri  yararsız hala düşüb.

Ümumilikdə yol təsərrüfatına 699 146 manat məbləğində maddi ziyan dəyib. 2022-ci il ərzində dəymiş ziyanın 505 980,4 manatı (72,4%) ödənilib. 

Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 66 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.          

0.17049193382263