Arvadını iplə boğub öldürən ər hakim qarşısında 

 

Yevlaxda həyat yoldaşını iplə boğaraq qətlə yetirməkdə təqsirli bilinən Anar Salmanovun cinayət işi üzrə ibtidai başa çatıb. 

"Öllkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xaliq Məmmədovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası martın 9-na təyin olunub.

Qeyd edək ki, hadisə Yevlaxda keçmiş məcburi köçkünlərin məskunlaşdığı internat məktəbində qeydə alınıb. 

Kəlbəcər rayonun Qılınclı kənd sakinləri 1993-ci il təvəllüdlü Anar Salmanov və ondan 7 yaş kiçik Nuridə Salmanova Bərdə rayonunda yaşayıblar.

Cütlüyün 2 azyaşlı övladları var. 16 yaşında ailə quran Nuridə həyat yoldaşı və övladları ilə anası evinə gəlib. Bu zaman ər və arvadın arasında mübahisə yaranıb.

Anar Salmanov təsərrüfat ipi ilə həyat yoldaşı Nuridə Salmanovanı boğaraq öldürüb. Hadisə zamanı ailə üzvləri digər otaqda olub. Qətlə yetirilən qadının anası hadisə zamanı heç bir səs eşitmədiyini deyib. 

İlkin araşdırımalar zamanı Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuridə Salmanovanı iplə boğaraq öldürdüyü məlum olub.

0.15421414375305