“Nəsrəddin Tusi adına klinika” MMC bölünüb.
“Demokratikmusavat.com ”ın məlumatına görə, “N.Tusi adına Hospital” MMC klinikanın tərkibindən ayrılıb.
Nəticədə, “N.Tusi adına Klinika” MMC yenidən təşkil olunub və nizamnamə kapitalı 5 min manat azalıb.
Qeyd edək ki, klinikanın nizamnamə kapitalı daha əvvəl 10 min manat təşkil edib. MMC 02.04.2002 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Qurbanov Asif Qurban oğludur.
Şirkətin kreditorlar öz tələblərini 1 ay ərzində AZ1141, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 53 ünvanına bildirə bilər.
Könül
Demokratikmusavat.com