Təmizlik işçilərini mənzil başına yük maşınında apardılar - VİDEO

 

Paytaxtın Qaradağ rayonu ərazisində təmizlik işçiləri yük maşının arxasında daşınıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

İddialara görə, Qaradağ rayonunda təmizlik işçiləri heç bir təhlükəsizlik qaydalarına əməl edilmədən yük maşını ilə ünvana çatdırırlar. 

Görüntülərdən aydın olur ki, insanlar ayaq üstə olduğu zaman yük maşını arxası açıq formada hərəkətə davam edir. İstənilən xırda yol nəqliyyat hadisəsinin necə faciəvi sonluqla nəticələnə biləcəyi isə sirr deyil. 

Həmin görüntüləri təqdim edirik:

0.14697194099426