Türkiyədə hər üç dəqiqədən bir yer silkələnir

 

Türkiyədə fevralın 6-da baş verən zəlzələdən sonra ölkədə yeraltı təkanlar orta hesabla üç dəqiqədə bir baş verir.

Demokratikmusavat.com xəbər verir ki, bunu Ankarada keçirdiyi brifinqdə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ və Risklərin Azaldılması şöbəsinin rəhbəri Orhan Tatar deyib.

“Biz hələ də Türkiyənin cənub-şərqində baş verən zəlzələlərdən sonra hər üç dəqiqədən bir avterşoklar qeydə alırıq. İndiyədək 9470 təkan qeydə alınıb”, - o bildirib.

0.1426088809967