Zelenski Rusiyaya qarşı sanksiyalar paketini tənqid edib

 

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı tərəfindən Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketini çox yumşaq hesab edib və Qərbi Moskvaya təzyiqi artırmağa çağırıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Zelenski fevralın 25-də “Twitter“ səhifəsində yazıb.

“Biz “Rosatom” və Rusiyanın atom sənayesinə qarşı qətiyyətli addımlar atılmasını, orduya və bank sektoruna təzyiqi artırmağı gözləyirik”, Zelenski yazıb.

0.38056898117065