Makrondan türkcə paylaşım - FOTO

 

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Türkiyə ilə həmrəyliyini davam etdirməkdə qərarlı olduğunu bildirib.

Demokratikmusavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki,o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi videokonfransdan sonra tvitter hesabında türkcə paylaşımlar edib.

Fransanın mülki təhlükəsizlik qüvvələrinin Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bölgəyə gələrək axtarış-xilasetmə işlərinə qatıldığını xatırladan Makron, Fransanın Adıyamanın Gölbaşı rayonunda qurduqları səhra xəstəxanasında hər gün 100 yaralının müalicə olunduğunu qeyd edib.

E.Makron həmçinin R.T.Ərdoğanla Ukraynadakı müharibə ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib:

"Ukraynanın qalib gəlməsi üçün dəstəyimizi gücləndirməliyik. Hücumdan əl çəkməsi üçün Rusiyaya təzyiqləri artırmağa davam etməliyik".

Billurə

0.1374499797821