“Demokratikmusavat.com ” xəbər verir ki, “Qarant Servis” və “Yeni Gəncə Yaşayış Kompleksi” MTK-lar ləğv olunduqlarını elan edib.
“Qarant Servis” MTK-nın kreditorları iki ay ərzində tələblərini Abşeron rayonu, Mehdi̇abad qəsəbəsi̇, “Yeni Gəncə Yaşayış Kompleksi” MTK-nın kreditorları isə Nəsimi rayonu, H.Seyidzadə 4mkr., ev 2C, mənzil 3233 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Qarant Servis” MTK 10.05.2004 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Yusifov Mehman Oqtay oğludur.
“Yeni Gəncə Yaşayış Kompleksi” MTK isə 28.03.2014 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Sadıqov Aqil Ağahüseyn oğludur.
Demokratikmusavat.com