Məşhur prodüserə 36 il həbs cəzası verildi - FOTO

 

Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynin cəzası artırılıb.

Demokratikmusavat.com xəbər verir ki, "Variety"nin məlumatına görə, Los-Anceles məhkəməsi prodüseri daha 16 il müddətinə həbs cəzasına məhkum edib.

Qeyd edək ki, hazırda 70 yaşı olan Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.

Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var. O, 2020-ci ildən həbsdədir. Bundan əvvəl ona 23 il həbs cəzası verilmişdi.

0.21035099029541