Sabiq erməni nazir: “Biz əldə etdiyimiz uğurları puça çıxarmış olduq”

 

Ruben Vardanyanın vəzifəsindən uzaqlaşdırılması ilə biz son günlərdə əldə etdiyimiz uğurları puça çıxarmış olduq.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib.

Onun sözlərinə görə,  Ruben Vardanyan vəzifəsindən uzaqlaşdıırlması nəticəsində 
Azərbaycan Laçın dəhlizini  açmalı idi.  “Lakin Ruben Vardanyanın vəzifəsindən uzaqlaşdırıldığı gün Beynəlxalq Məhkəmənin Azərbaycanı Laçın dəhlizini açmağa məcbur edən qərarı ilə üst-üstə düşməsi tamam fərqli vəziyyət yaratmış oldu. Laçın dəhlizi açılarsa, bu, məhkəmənin qərarı ilə olacaq, daha Ruben Vardanyanın gedişinə görə yox. Ruben Vardanyanı istefaya göndərməklə biz Beynəlxalq Məhkəmədə əldə etdiyimiz nailiyyəti əldən vermiş olduq” - Vardan Oskanyan vurğulayıb.

 Mürtəza
Demokratikmusavat.com

0.15490794181824