Zorlanan 13 yaşlı qızla bağlı daha bir AÇIQLAMA

 

Salyanda 4 nəfər tərəfindən zorlanan 13 yaşlı qızın vəziyyəti qiymətləndirilib.

Bu sözləri Demokratikmusavat.com -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. O, azyaşlının səhhətinin hazırda yaxşı olduğunu bildirib:

Həmçinin oxu: Azyaşlı qızın zorlanmasına görə 4 nəfər həbs edildi - Azərbaycanda

“Qızın vəziyyəti nomaldır. Uşağın müalicəsi tam təmin olunub. Hazırda bununla bağlı Salyan Rayon Prokurorluğöunda iş aparılır. Saxlanılanlar da var. məsələyə hüquqi qiymət veriləcək”.

Komitə sözçüsü istintaq prosesi olduğu üçün 13 yaşlı qızın ailəsi haqqında məlumat verməyib:

“Araşdırma aparılır. Məsələ Dövlət Kömitəsinin nəzarətindədir. Hazırda istintaq getdiyinə görə azyaşlı sığınacaqda deyil, amma mühafizəsi tam təmin olunub. Ehtiyac yaranarsa, sığıncağa da yerləşdirilə bilər”,- deyə o söyləyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinindən verilən açıqlamada həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq, barələrində həbs qətimkan tədbirləri seçildiyi bildirilib.

 

0.27707886695862