"İtin məscidin divarlarını murdarlayır" - Bakıda qətlin təfərrüatı - FOTO

 

Bakıda qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Hikmət Rəhimovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, qətl hadisəsi Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 1970-ci il təvəllüdlü Hikmət Rəhimov 1976-cı il təvəllüdlü Elsevər Əliyevi bıçaqla qətlə yetirib. O, daha sonra könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək polisə təslim olub.

İş üzrə dindirilmiş Hikmət Rəhimov ifadəsində Elsevər Əliyevlə qonşuluqda yaşadığını bildirib. Hadisədən təxminən 4 gün əvvəl axşam saat 19:00 radələrində küçədə siqaret çəkdiyi zaman Elsevərin öz qızı ilə onların evinin yaxınlığından keçdiyini və dəmir zəncirə bağlanmış iti gəzdirdiyini görüb. O, itin məscidin divarını murdarladığını müşahidə edib. Buna görə Hikmət Elsevəri səsləyərək iti məscidin yanından uzaqlaşdırmağı xahiş edib. Sonuncu isə itinin murdar olmadığını və hər gün cimizdirdiyini deyib. Həmin vaxt qızı Elsevərin əlindən dartaraq evlərinə tərəf aparıb və qonşusu ona bu söhbətə qayıdacağını deyərək çıxıb gedib. O, Əliyevin onun arxasınca təhqiredici sözlər işlətdiyini də eşidib. Lakin buna baxmayaraq bir söz demədən qanı qaralmış vəziyyətdə evinə keçib. 

Hadisə baş verən günü qonşusu yaşadığı evin qarşısından keçərkən onu görən kimi söhbətlərinin yarımçıq qaldığını və mağazaya gedib gələcəyini bildirib. 

Hikmər Elsevərin geri qayıdaraq ona xəsarət yetirəcəyindən ehtiyatlanıb və həyətə girərək qarajdan bıçağı götürüb belinə taxıb. Yenidən evinin qabağına çıxaraq siqaret çəkməyə başlayıb. 

Hikmət Rahimov ifadəsinin davamında bildirib ki, təxminən 5 dəqiqə sonra Elsevərin əlində selofan paketlə geri qayıtdığını görüb. Onun yanından keçərdək Rəhimov Elsevəri gözlədiyini bildirib. Sonuncu öz evi istiqamətində gedib və onu söyə-söyə yanına çağırıb. Buna görə Hikmət yaxınlaşıb Elsevərdən söyüş söyməməsini tələb edib. Amma qonşusu onun dediklərinə qulaq asmayaraq ailəsini təhqir edib. Söyüşlərə dözməyən Rəhimov belindən bıçağı çıxarıb Elsevərin qarnına bir bıçaq zərbəsi vurub. Sonra onun yerə yıxıldığını və bədənindən qan gəldiyini görərək qonşuları köməyə çağırıb. Həmin axşam polis bölməsinə gdərək törətdiyi hadisə barədə məlumat verib. 

Məhkəmə prosesində Hikmət Rəhimov ittiham üzrə özünü qismən təqsrili hesab edib.
O, məhkəmədən 2-ci qrup ömürlük əlil, himayəsində bir azyaşlı uşağının və yaşlı anasının olmasını nəzərə almağı xahiş edib. 

Zərərçəkmiş şəxsin hüquq varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Hikmət Rəhimov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq

 

0.16379284858704