Rəhmətlik “Ölülər”...

 

Mirzə Cəlil olsaydım,  cəmi-əhalimə qənim kəsilən haqsızların bir neçəsini öz personajımın diliylə məhv edərdim. Fəqət, mən o olmadım, amma yazdım. Onu kimi olmasa da yazmağa çalışdım, zatən, əlimdən gələn başqa bir dəxi yoxuydu...

Mirzə Cəlil, rahat yat, sən bacardığından da artığını etdin, yazdıqlarının bəşəriliyi əsrlərə bərabər, hətta ondan da ötə oldu. Lakin yazıq bizlərə ki, sələflərin arındırmaq istədiyini xələflər qaramatdan çıxara bilmədi. Günümüz, zamanımız buna imkan versə biz imkan yaratmadıq, sadəcə, istəmədik.

...Bu günlərdə çox insanla həmsöhbət oldum, hərçənd işimizin, peşəmizin məqsədi-məramı da elə bu. Lakin peşəmizdən kənar, insanlar ürəklərini açmağa bir qapı axtarırmış sanki. Biz elə bilirdik, peşəmizdən dolayı, müəyyən idarə-təşkilatlara olan sorğulara cavab verirlərsə (gec cavab versələr belə), demək, hamıya eyni münasibət göstərilir.

Səd heyf, insanlar idarə-müəssisələrə, adi ali qurumlara günlərlə, aylarla, yalan olmasın, illərlə ayaq döyürlərmiş...

 Ötür-ötüroyununun illərlə öləziməyən mahiyyətindən yorulsalar, bezsələr , bunu onlara yaşadanlar usanmırmış, yorulmurmuş...

Mahiyyəti asan adlandırılanlardan tutmuş, ən çətin qurumlaradək uzanan yolların ağsaqqalı, ağbirçəyi olmaq mümkünmüş...

Dünən var olan, bu gün yoxa çıxarmış. Ötənlərdə sağ olan, bu gün ölməliymiş, əlbəttə, sözün məcazi mənasında. İllərlə bu ölkənin vətəndaşı olan bir kəs anidən özünü su üstündə köpük misallı görərmiş...

Bu sözləri havadan yazmıram. Son günlər insanlardan eşitdiklərim, onların söhbətləri nəticəsində gözümün qarşısında canlanan mənzərə görmədiklərimi reallığa çevirərmiş...

 İnsanların, narahat, arxasız-dayaqsız sadalamadığım digər qəbildən olanların ümidi sonda deyil,  elə ilk başdan ölərmiş...

Məmləkətimin insanı yaşamaq üçün dünyaya gəldiyini düşünsə , bahalaşmağı estafet götürmüş gündəmdən necə, hansı yolla çıxacağı düşüncəsi, dərdi-qəmi, fikir-xəyalı ilə gününü göyə sovurmaqdadır. “Gününü göy əsgiyə döndərənlərin ucbatından, dünyaya gəldiyinə peşman olanların sırasındadır zəmanəmin insanı. Ən xırda məsələdən ən böyük problemin həllinədək naçar qalan insanın bu yollarda qədər xırdalandığının acı mənzərəsinə seyrçi olduğum üçün utanıram, Mirzə Cəlil. Axı bizlər Sizi deyib gəlmişikiddiasıyla problemlərin sayını azaldacağımıza, qaramat yuxuları aydınlığa çıxaracağımıza inanırdıq... Yuxumuz yamançinoldu, ustad.

o naçar, arxasız-dayaqsız insanların sırasında daha novruzəlilər yoxdur.

Novruzəlilərin çoxu öz səlahiyyətindən istifadə edərək həqiqi poçt qutularına ümidli olan o qəmgin, ümidsiz insanların xəyallarını tar-mar etməkdə, ömrünü-gününüyeməkdədir...

olsun ki, bir zamanlar qəzet-jurnal az, yaxud yox dərəcəsindəydi, yazıb tirajlamağa ünvan tapılmırdı. Günümüzü o illərdən, əsrlər əvvəldən fərqləndirən mətbuat bolluğudur, vəssalam. O zaman, öz səsini eşitməyən, sözünü deyəmməyən, öz nəfəsində boğulan insan, var olduğuna əminsənmi?

Rəhmət sizə, dirilər, keçmiş olsun, ölülər!

 

Nigar Orucova

 

0.11560797691345