Sergey Lavrov Azərbaycana səfər edəcək

 

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir.

Agentliyimizin həmsöhbəti Rusiya XİN başçısının Bakıya səfərinin fevral ayının sonunda baş tutacağını, hələlik dəqiq tarixin müəyyənləşmədiyini söyləyib.

0.45427799224854