Priqojin bu ölkələri terrorçu adlandırdı

 

"Vaqner"in rəhbəri Yevgeni Priqojin ABŞ, Böyük Britaniya və Kanada hökumətlərini qeyri-legitim hesab edir.

Axar.az xəbər verir ki, bu barədə o, bəyanat yayıb.

“ABŞ, Böyük Britaniya və Kanada hökumətlərini terrorçu və qeyri-qanuni olaraq tanıyırıq", - bəyanatda deyilir.

Qeyd olunur ki, “Vaqner” bu ölkələrin və digər məzlum ölkələrin xalqlarına ABŞ, Böyük Britaniya, Kanada hökuməti və İŞİD kimi terror strukturlarına qarşı mübarizədə hər cür yardım göstərəcək:

"Biz soyqırıma, neokolonializmə, özəl, dövlət və fövqəlmilli qurumlar tərəfindən terrora məruz qalmış dövlətlərin mülki əhalisini qoruyacaq və dəstəkləyəcəyik”

0.19931316375732