Professorlardan söz düşmüşkən, birini də deyim, bizim bəzi elm adamlarının şəxsi, milli və elmi kimliyinə az da olsa, işıq salsın.
Bir neçə il öncə dəqiq elmlər sahəsində elmlər doktoru elmi dərəcəsi qazanmış, uzun illər müxtəlif ali təhsil ocaqlarında professor vəzifəsi tutmuş bir alimin yubileyi idi. Bu münasibətlə yubilyarın dostu, humanitar elmlər üzrə professor təbrik paylaşmışdı. Təbrik yazan professor tərifin dozasını çox eləmişdi, başqa tədqiqatçıların (sovet alimlərinin) nailiyyətlərini də yubilyarın adını çıxmışdı. Hətta təbrikin bir yerində əndazəni aşıb onu məşhur bir elmi məktəbin banisi adlandırmışdı.
Gəncliyimdə sovet elminin fizika və riyaziyyat sahəsindəki nailiyyətləri ilə az-çox maraqlandığımdan mənə maraqlı gəldi, özümü qınadım ki, azərbaycanlı alimin belə boyük nailiyyətindən necə xəbərsiz olmuşam. Allaha şükür, indi nəyisə dədiqləşdirmək üçün harasa getməyə, heç mütəxəssis olmağa da ehtiyac yoxdur. İnternetdə axtarış verdim, məkum oldu ki, həmin elmi məktəbin yaradıcıları rus alimləridir, səhv etmirəmsə, aralarında bir tatar alimi də var idi.
Yubilyar əvvəl-əvvəl bu yanlışlığa etiraz etmədi. Təbriki yazan arada cuşa gəlib təbrikini postun şərh yerində, fərqli şəkildə ifadə etməklə, bir neçə dəfə təkrarladı, başqaları da sanballı görünmək üçün ondan “copy-paste” elədilər. Sonda yubilyarın vicdanı dözmədi, yazdı ki, təbriklərə görə çox sağ olun, amma mən o məktəbin yaradıcısı deyiləm, davamçısıyam. Bundan sonra təbrik yazan professor başqa olmaqla, əsassız təbrikin məsuliyyətini bölüşənlərin hamısı yubilyarın üstünə düşdü ki, bu qədər təvazökar olma, elə sovet vaxtı da belə elədin ki, erməni qabağa getdi, sən dalda qaldın, filan.
Yeri gəlmişkən, təbrikin və şərhlərin «screenshot»larını hələ də əziz xatirə kimi saxlayıram.
Qalib Toğrul