Həyatının eşqini tapmaq hər insana qismət olmur. Sevgidə bəxti gətirməyənlər zaman keçdikcə heç kimlə münasibət qurmaq istəmir, ən yaxşı halda isə illərlə gözləməyi seçirlər. Astrologiyaya görə də sevgidə bəxti gətirməyən bürclər var.
"Demokratikmusavat.com" "savash.org"-a istinadən həmin bürcləri təqdim edir:
XƏRÇƏNG
Xərçəng bürcü çox həssas və emosionaldır. Sevməyi və sevilməyi sevən Xərçənglər duyğularını çox dərin yaşayırlar. Onlar eşqdə bəxti ən çox gətirməyən bürclərdəndir.
Sevgidə uğursuzluq yaşayırlarsa, özlərini toplamaları uzun zaman alır.
QIZ
Qız bürcü də sevgi və münasibətlərdə uğursuz bürclər sırasındadır. Qızlar çox çətin aşiq olurlar. Birini sevəndə isə gözləri heç nəyi görmür.
Qız bürcü altında doğulanlar mükəmməl sevgi axtarışında olduqları üçün uzun zaman tək qalırlar.
OĞLAQ
Oğlaqlar iş həyatında olduğu kimi şəxsi həyatlarında da çox ciddidirlər. Oğlaq bürcü sevgi və münasibətlərdə çox seçicidir.
Oğlaq bürcü altında doğulanlar doğru insanla yanlış zamanda və ya yanlış insanla doğru zamanda tanış olurlar. Bu səbəbdən də onlar sevgidə həmişə şanssız olurlar.
BALIQLAR
Balıqlar sevməyə və sevgiyə ən hazır bürcdür. Lakin onlar da sevgi məsələsində şanssızdır. Çünki Balıq bürcü altında doğulanlar insanların pis cəhətlərini ya görmürlər, ya da görmək istəmirlər.
Onlar dünyaya çəhrayı gözlüklə baxırlar və asanlıqla öz xoşbəxtliklərini qurban verə bilirlər. Balıqları Xərçənglərdən özlərini tez toplaya bilmələri və buna çalışmaları fərqləndirir.
Qoç, Buğa, Əkizlər, Şir, Tərəzi, Əqrəb, Oxatan və Dolça bürcləri eşqdə şanslıdırlar.Onlar axtardıqları sevgini dərhal tapa bilirlər.