Eynulla Fətullayev Aydın Canıyevi həbs etdirdi - FOTO

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb.

Əldə etdiyimiz məlumata görə, onun barəsində Baş Prokurorluq tərəfindən məhkəməyə təqdimat daxil olub.

Aydın Caniyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə bir ay müddətinə inzibati həbs qərarı verilib.

Belə ki, jurnalist Eynulla Fətullayev onun barəsində Baş Prokurluğa şikayət verib. E. Fətullayev şikayətində Aydın Caniyev tərəfindən təhqir edildiyini göstərib.

O, bu barədə özünün feysbuk hesabında da paylaşım edib. E. Fətullayev paylaşımında Kamran Əliyevə və məhkəməyə təşəkkür edib.

Məsələ ilə bağlı Aydın Caniyevin feysbuk hesabında da paylaşım edilib.

“Yasamal məhkəməsi Aydın Cana 1 aylıq inzibati həbs verdi. Eynulla Fətullayevin Baş Prokurorluğa feysbuk statuslarına görə iddia ərizəsi əsasında.

Aydın Can qərara etiraz etməyib, vəkildən imtina edib. Bir aydan sonra hər şeyi hər kəsi AYDINlatmaq ümidiylə...” - paylaşımda qeyd olunur.

 

0.17017698287964