"Ya ədalət, ya səfalət"...

 

Akademik həyatının son 30 ilini Nyu-York Universitetində çalışan türkiyəli alim Səlcuk Şirinin ölkə mediasına bügünkü müsahibəsində maraqlı məqamlar var.

"Ya ədalət, ya səfalət" adlı kitabında ilə Türkiyənin hazırkı sosial-iqtisadi vəziyyətini analiz edən müəllif deyir ki, istənilən ölkənin harda olduğunu bilmək üçün 7 meyar üzərindən qiymətləndirmə aparmaq kifayətdir: əhalinin məşğulliğu, sağlamlığı, təhsili və mənzil təminatı, ekoloji vəziyyət, cəmiyyətdə qarşılıqlı inam və etimadın səviyyəsi, insanların öz həyatlarından məmnunluq səviyyəsi.

Təhslin səviyyəsilə bağlı mövqeyi budur ki, ədalətin təmin olunmadığı cəmiyyəti təhsil təkbaşına inkişaf etdirə bilməz. Ədalət və yüksək təhsil bir arada olacaq.

Türkiyədə hər 3 gəncdən birinin işsiz olduğunu, Norveçin bütün əhalisi qədər (5 milyon nəfər) gəncin "ev gəncinə" çevrildiyini deyən araşdırmaçının fikrincə, "iş bəyənmirlər" fikri öhdəliyini yerinə yetirə bilməyən səlahiyyətllilərin dəyirmanına su tökür:

"Əgər gənclər gedib Qərb ölkələrində hətta qarsonluq belə edirlərsə və həmin işi öz ölkələrində görmürlərsə, bunun günahı gənclərdə deyil".
Səlcuk Şirin Türkiyədə "1 milyon kitap Layihəsi"ni dəstəkləməyə başlayıb. Məqsəd kitaba yetişə bilməyən yüz minlərlə uşaq üçün kitabı əlçatan etmək, onlara kitabları sevdirməkdir.

Rövşən Ağayev

"Demokratikmusavat.com"

0.2105598449707